Ağ Ev Qara dəniz insidentinə qarışmadı

   Ağ Ev Qara dəniz insidentinə qarışmadı
  24 İyun 2021    Oxunub:885
Ağ Evin sözçüsü Cen Psaki dünən Rusiya ilə İngiltərə arasında yaranmış hərbi gərginliyi şərh etməkdən boyun qaçırıb.
Azvision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Jurnalistlər üçün keçirilən brifinq zamanı Ağ Evin sözçüsü Qara dənizdə, Krımdakı Fiolent burnu yaxınlığında yaranmış insidenti şərh etmək istəməyib. O Britaniyanın “Defender” esminesi tərəfindən Rusiya dəniz sərhədlərinin pozulması ilə bağlı hadisə haqqında suala belə cavab verib:

“Bu sualla bağlı sizi İngiltərə tərəfinə yönəldirəm. Bu barədə heç bir şərhimiz yoxdur”.

Qeyd edək ki, dünən Rusiya Müdafiə Nazirliyi Qara dənizdə sərhəd pozuntusu ilə bağlı məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, ingilis gəmisi Rusiya sərhədini keçərək 3 kilometr irəliləyib. Sərhəd pozulması halı aşkarlandığı üçün gəmiyə silahdan istifadə ediləcəyi barədə xəbərdarlıq edilib. Xəbərdarlığa məhəl qoyulmadığı üçün atəş açılıb. Bundan sonra ingilis gəmisi geri qayıdıb.

Tural Tağıyev

Azvision.az



Teqlər: Ağ-Ev   Rusiya   Gərginlik   Gəmi  





Xəbər lenti