Bakıda 40-a yaxın məktəbin direktor yeri boşdur

Bakıda  40-a yaxın məktəbin direktor yeri boşdur
  24 İyun 2021    Oxunub:861
“2020-2021-ci tədris ilində 20 məktəb direktorunun müqaviləsinə xitam verilib, 118-nin müqaviləsi uzadılıb".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, növbəti tədris ili üçün Bakı şəhəri üzrə 40-a yaxın məktəbə direktor vəzifəsinə vakant yer çıxarılıb:

“Hazırda Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu müsabiqəsi davam edir. Buna əsasən də güman edirik ki, vakant yerlərin hamısına direktor təyin edə biləcəyik".

Azvision.az



Teqlər: Məktəb   Direktor  





Xəbər lenti