"Hindistan ştammı" Slovakiyaya da çatdı

"Hindistan ştammı" Slovakiyaya da çatdı
  24 İyun 2021    Oxunub:1153
Slovakiyada koronavirusun mutasiya olmuş növü olan "Delta"ya ("Hindistan ştammı" - red.) ilk yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "Facebook"da məlumat yayıb.

Qeyd edilir ki, xəstə Rusiyadan gəlib. O Avropa çempionatının futbol oyunlarına getməyib və insanlarla yaxın təmasda olmayıb. Yeni mutasiyalı virusa yoluxmuş şəxsi hazırda xüsusi təcrid vəziyyətində saxlayırlar.

Səhiyyə Nazirliyi xatırlatma edib ki, "Hindistan ştammı" koronavirusun ən yoluxucu və təhlükəli mutasiyasından biridir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti