"Sahil"dəki yanğında 37 nəfər xilas edilib

"Sahil"dəki yanğında 37 nəfər xilas edilib
  12 Mart 2014    Oxunub:785
Fövqəladə Hallar Nazirliyi bu gün səhər saatlarında "Sahil" Ticarət Mərkəzinin yerləşdiyi binada baş verən yanğınla bağlı rəsmi açıqlama yayıb.
AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 2000 kv.m olan ticarət mərkəzində mağazalar və geyim malları 800 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən binadan 37 nəfər təxliyə olunub. Üçüncü mərtəbənin qalan hissəsi, ticarət mərkəzinin 1,2-ci mərtəbələri və yuxarı mərtəbələrdəki mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti