"Özümü parlamentdə təsəvvür etmirəm"- Koçaryan

 "Özümü parlamentdə təsəvvür etmirəm"-  Koçaryan
  22 İyun 2021    Oxunub:2913
"Ermənistan" blokunun lideri, sabiq prezident Robert Koçaryan mandatını götürəcəyinə hələ qərar verməyib.
Azvision.az - ın məlumatına görə, bu barədə Koçaryan mətbuat konfransında bildirib.

O deyib ki, blokda bununla bağlı müzakirələr aparılır.

“Bəziləri düşünürlər ki, mən parlamentdə olmalı və bu kürsüdən siyasi mübarizə üçün istifadə etməliyəm. Digərləri isə buna ehtiyac olmadığı qənaətindədirlər. Şəxsən mən imtina etməyə meylliyəm. Ancaq hələ son qərarı verməmişəm", - Koçaryan bildirib.

O, özünü parlamentdə görmədiyini əlavə edib:

"Mən qanunvericilikdən daha çox icraedici hakimiyyətin adamıyam. Buna görə də özümü parlamentdə təsəvvür etmirəm".

Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçirilib. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası 53,92 faizlə qələbə çalıb. Koçaryanın lideri olduğu "Ermənistan" bloku isə səslərin 21,04 faizini alıb.

Pərvanə Sultanova
Azvision.az









Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti