Sabiq erməni deputatın avtomobilinə qumbara atdılar

  22 İyun 2021    Oxunub :1668
 Sabiq erməni deputatın avtomobilinə qumbara atdılar
Ermənistanın "Respublika" partiyasının keçmiş deputatı, "Şərəfim var" blokunun fəalı Miqran Akopyanın avtomobilinə qumbara atılıb.

Azvision.az erməni KİV-lərə istinadla xəbər verir ki, bu barədə Akopyan özü məlumat yayıb.
"Təxminən səhər 8:30 radələrində partlayış səsi eşitdim. Çölə çıxdım və gördüm ki, həm mənim, həm də qonşumun maşını zədələnib”, - deyə sabiq deputat bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində xəsarət alan olmayıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir, müşahidə kameralarını yoxlayırlar.

"Əlbəttə bu, siyasi fəaliyyətimlə əlaqədardır", - Akopyan əlavə edib.

Xatırladaq ki, o, 2017-ci ilin aprelindən 2018-ci ilin dekabrına qədər deputat olub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənideputat   Qumbara   Partlayış  






Xəbər lenti