ABŞ səfiri bu həftə Moskvaya qayıdır

   ABŞ səfiri bu həftə Moskvaya qayıdır
  21 İyun 2021    Oxunub:1558
ABŞ-ın Rusiyadakı səfiri Con Sallivanın Moskvaya qayıdacağı tarix bəlli olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qeyd edilir ki, amerikalı səfir bu həftə Moskvaya öz işinin başına dönəcək. Rusiya saytları məlumatı ABŞ Dövlət Departamentinə istinadən yayıblar.

Qeyd edək ki, ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etməsinin ardınca hər iki ölkə məsləhətləşmələr üçün səfirlərini geri çağırmışdı.

Tural Tağıyev

Azvision.az



Teqlər: Səfir   ABŞ   Rusiya  





Xəbər lenti