Kəşfiyyat 9 il əvvəl bilmişdi...

Kəşfiyyat 9 il əvvəl bilmişdi...
  21 İyun 2021    Oxunub:1238
Sovet xarici kəşfiyyatı Almaniyanın SSRİ-yə qarşı müharibəyə başlamaq ehtimalı haqqında ilk məlumatı 1932-ci ildə əldə edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Böyük Vətən Müharibəsinin 80-ci ildönümü münasibətilə "Milli Müdafiə" jurnalında dərc olunan "Savaşa öncə Kəşfiyyat girdi" adlı məqaləsində yazıb.

O, bildirib ki, SSRİ-nin xarici kəşfiyyat xidməti 1932-ci ilin yayında, Hitlerin hakimiyyətə gəlməsindən doqquz ay əvvəl Almaniyadan hərbi təhlükə əlamətlərinin meydana çıxması ilə əlaqədar ilk məlumat almışdı.

Tural Tağıyev
Azvision.az



Teqlər: Müharibə   Almaniya  





Xəbər lenti