Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  21 İyun 2021    Oxunub:767
Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın olub.
Azvision.az xəbər verir ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata görə, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində təqribən 80 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

Azvision.az



Teqlər: Bina   Yanğın  





Xəbər lenti