Prokurorluğun nümayəndəsi GRECO-nun monitorinqində iştirak edib

Prokurorluğun nümayəndəsi GRECO-nun monitorinqində iştirak edib
  21 İyun 2021    Oxunub:971
Azərbaycan Prokurorluğunun nümayəndəsi Avropa Şurasının GRECO təşkilatının Litva Respublikası üzrə V raund monitorinqində iştirak edib.
Baş Prokurorluğunun mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Avropa Şurasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumu - Korrupsiya əleyhinə dövlətlər qrupu/GRECO-nun Litva Respublikası üzrə V raund monitorinqi həyata keçirilib. Avropa Şurasının ekspertlər qrupunun tərkibində İsveç, Fransa, İspaniya və Latviya kimi ölkələrin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev iştirak edib.

“Mərkəzi icra hakimiyyəti və hüquq-mühafizə orqanlarında korrupsiyanın qarşısının alınması və şəffaflığın gücləndirilməsi” mövzusunda keçirilən dəyərləndirilmə çərçivəsində ekspertlər qrupu Litvanın Seymi (Parlamenti), Prezident və Baş nazirin administrasiyaları, Ədliyyə və Daxili İşlər nazirlikləri, Baş Prokurorluq və korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurum – Xüsusi İstintaq xidməti, maliyyə nəzarəti və digər dövlət və qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri ilə görüşlər keçirib, lazımi məlumatları toplayıb.

Səfər çərçivəsində Litva hökuməti tərəfindən təqdim edilmiş məlumatlar ekspertlər qrupu tərəfindən təhlil olunub.

GRECO-nun payız iclasında səfərin nəticələrinə dair hesabatın və Litva hökuməti üçün tövsiyələrin hazırlanaraq müzakirə olunması nəzərdə tutulub.

Azvision.az



Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti