Azərbaycanda polis intihar edib

   Azərbaycanda polis intihar edib
  21 İyun 2021    Oxunub:1288
Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahla özünü vuraraq intihar edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, hadisə iyunun 21-i saat 19 radələrində baş verib. Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş ximdəti silahla özünə atəş açaraq intihar edib.

Hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır.

Azvision.az





Teqlər: Polis  





Xəbər lenti