Yazı müsabiqəsinin qalibləri açıqlandı

Yazı müsabiqəsinin qalibləri açıqlandı
  21 İyun 2021    Oxunub:1054
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan edilən yazı müsabiqəsinin qalibləri müəyyənləşib.
Azvision.az xəbər verir ki, müsabiqənin nəticəsinə görə, Seymur Əliyev (Moderator.az) I, Aytən Abdulova (Azərbaycan Televiziyası) və Sevinc Cəfər (525-ci qəzet) II, Səid Qərib (Report İA), Günay Elşadqızı (APA İA), Pərviz Sadayoğlu (“Yeni Azərbaycan” qəzeti) III yerlərə, Təbriz Vəfalı (Azim.az), Elnurə Abuşova (Azadmedia.az), Lalə Mehralı (TvPress internet qəzeti), Ülvi Səfərov (Oxu.az), Orxan Hüseynov (Baku.ws) və Törəxanım Zeynallı (Azvision.az) həvəsləndirici mükafatlara layiq görülüblər.

Azvision.az



Teqlər: Müsabiqə  





Xəbər lenti