Ermənistan parlamentində üç qüvvə təmsil olunacaq

 Ermənistan parlamentində üç qüvvə təmsil olunacaq
  21 İyun 2021    Oxunub:1483
Ermənistanın yeni parlamentində üç siyasi qüvvə təmsil olunacaq.
Azvision.az erməni KİV-nə istinadla xəbər verir ki, bunlar Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi”, ikinci prezident Robert Koçaryanın "Ermənistan" bloku və üçüncü prezident Serj Sarkisyan ilə Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın "Şərəfim var" blokudur.

Sonuncu blok tələb olunan 7%-lik baryeri keçə bilməyib və cəmi 5.23% səs qazanıb. Bununla belə, qanuna əsasən, yalnız iki siyasi qüvvə baryeri keçərsə, ən çox səs toplayan üçüncü qüvvə də mandat alır.

Ermənistanda erkən parlament seçkiləri iyunun 20-də keçirilib. Seçkilərdə 1 milyon 281 min 911 min seçici iştirak edib. Bütün sələr sayıldıqdan sonra Paşinyanın partiyası səslərin 53, 92%-ni alaraq qalib gəlib. Sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku - 21.04%, “Şərəfim var” bloku 5,23% səslərin faizini alıb. Paşinyanın partiyasının 71, Koçaryanın "Ermənistan" blokunun 29, Sarkisyanın blokunun isə 7 mandatı olacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Parlament  





Xəbər lenti