Bakıda qanunsuz heyvan kəsən 12 məntəqə aşkarlanıb

Bakıda qanunsuz heyvan kəsən 12 məntəqə aşkarlanıb
  21 İyun 2021    Oxunub:733
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.
AQTA-dan Azvision.az - a verilən məlumata görə, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.

Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.

Belə ki, 2021-ci il 18 iyun tarixində Bakı şəhərinin Səbail və Xətai rayonları üzrə keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

Səbail rayonu üzrə:

1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Cənub küçəsində yerləşən, fiziki şəxs Həsənov Şəmkir İdris oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Məktəbli küçəsi 6 ünvanında yerləşən, fiziki şəxs Cabbarlı Mərhəmət Əzizağa oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən, fiziki şəxs Əhmədov Habil Nuşirəvan oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov 3 ünvanında yerləşən, fiziki şəxs Əliyev İlqar İsmayıl oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov 23 ünvanında yerləşən , fiziki şəxs Şirinov Şirin Siyasət oğluna məxsus heyvan kəsimi məntəqəsi;

6. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov 18 ünvanında yerləşən, fiziki şəxs Əsədov Ramil Barat oğluna məxsus heyvan kəsimi məntəqəsi;

7. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov 13 ünvanında yerləşən, fiziki şəxs Əzimov Nizaməddin Rəhim oğluna məxsus heyvan kəsimi məntəqəsi;

8. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov 102 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Şaiq Miriş oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Xətai rayonu üzrə:

1. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 84 ünvanında yerləşən, fiziki şəxs Hümmətov Səbuhi Məmməd oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani 9 ünvanında yerləşən, fiziki şəxs Mikayılov İsmayıl Murtuza oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov 22 ünvanında yerləşən, fiziki şəxs Daşdəmirov Kamil Gülüş oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan 15/2 ünvanında yerləşən, fiziki şəxs Qarayev Əli İsfəndiyar oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti