"Gərginlik azalmayıb" - Psaki

  "Gərginlik azalmayıb" - Psaki
  21 İyun 2021    Oxunub:1638
Rusiya ilə ABŞ arasında yaranan gərginlik prezidentlərin Cenevrə görüşündən sonra da azalmayıb.
Azvision.az xəbər verir ki, bu barədə danışan Ağ Evin sözçüsü Cen Psaki ABŞ və Rusiya liderlərinin Cenevrə görüşünün Vaşinqtonun Rusiyaya qarşı sanksiya siyasətinə heç bir dəyişiklik gətirmədiyini deyib. O qeyd edib ki, "Qanun kimyəvi silah istifadəsi ilə əlaqəli sanksiyaların hədəflərini nəzərdən keçirməyə davam etməyimizi tələb edir".

Xatırladaq ki, ABŞ Rusiyaya yeni sanksiyaları bu ilin aprel ayında tətbiq etmişdi. ABŞ-ın Maliyyə Nazirliyi Rusiya kəşfiyyat xidmətlərinin kiber proqramına dəstək göstərən altı texnologiya şirkətinə qarşı sanksiya qoymuşdu.

Tural Tağıyev
Azvision.az



Teqlər: Sanksiya   ABŞ  





Xəbər lenti