Paşinyanın partiyası yeni hökuməti formalaşdıracaq
“MSK tərəfindən yayımlanan ilkin seçki nəticələrinə görə, "Vətəndaş razılaşması" partiyası yeni seçilmiş parlamentdə konstitusiya çoxluğuna sahib olacaq (105 deputatdan ən azı 71 nəfər ) və mənim rəhbərliyim altında hökumət quracaq" - Paşinyan əlavə edib.
Onun sözlərinə görə, 105 mandatdan azı 71-nə sahib olacaqlar.
Bir daha xatıladaq ki, 20 iyunda Ermənistanda erkən parlament seçkiləri keçirilib. Seçkilərdə 25 siyasi qüvvə: 21 partiya və 4 blok iştirak edib. Səsvermə hüququ olan 2 milyon 578 min vətəndaşdan 1 281 174 və ya 44,4 % səsvermədə iştirak edib.
Seçici fəallığı 49,4% olub.
MSK-nın məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92% (687 251 seçici), keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04% (268 165 seçici) səs topladığı təsdiqlənib.
“Şərəfim var” bloku 5,23% (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb. “Parlaq Ermənistan” 1,22% (15 557 seçici), Erməni Milli Konqresi 1,54% (19 647 seçici) səs toplayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Seçki