Azərbaycana yay gəldi

 Azərbaycana yay gəldi
  21 İyun 2021    Oxunub:1663
Bu gündən Azərbaycana yay fəsli qədəm qoyub.

Azvision.az xəbər verir ki, bu il yay fəsli ölkəmizə iyunun 21-i saat 07:32:00-da daxil olub.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Bu gün ən uzun gündüz və ən qısa gecə olacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.

Qeyd edək ki, bu ilin payız fəsli sentyabrın 22-si saat 23:21-də, qış fəsli isə dekabrın 21-i saat 19:59-da gələcək.

Azvision.az



Teqlər: Yay-fəsli  





Xəbər lenti