Koronavirusa yoluxanların sayı 179 milyonu keçdi

Koronavirusa yoluxanların sayı 179 milyonu keçdi
  21 İyun 2021    Oxunub:697
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 179 milyon 258 min 244 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 882 min 91 nəfərdir. İndiyədək 163 milyon 826 min 590 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 406 001 nəfər virusa yoluxub, 617 166 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 29 935 221 nəfərdə virus aşkar edilib. Xəstələrdən 388 164 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 17 927 928 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 501 918 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 757 311 yoluxma, 110 738 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 370 299 nəfər virusa yoluxub ki, onlardan 49 185-i dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti