Cüdoçularımız beynəlxalq turnirdə üç medal qazandı

  20 İyun 2021    Oxunub :501
Cüdoçularımız beynəlxalq turnirdə üç medal qazandı
Xorvatiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib.
Azərbaycan Cüdo Federasiyasından Azvision.az -a verilən məlumata görə, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 3 medal yazdırıb.

Oğlanların mübarizəsində İslam Rəhimov (-55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. 73 kq çəki dərəcəsində yarışan cüdoçumuz Məmmədrza Hacızadə yalnız final görüşündə uduzaraq gümüş medala layiq görülüb. 60 kq çəki dərəcəsində mübarizə aparan Zahir Ağazadə bürünc medal qazanıb. Beynəlxalq yarışda Avropanın 27 ölkəsindən 368 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Beləliklə, Azərbaycan cüdoçuları Xorvatiya turnirində 1 gümüş, 3 bürünc medal qazanıblar.

Azvision.az

Teqlər: Cüdo  






Xəbər lenti