Ermənistanda polis bülleten oğurlayan qadını saxladı

   Ermənistanda polis bülleten oğurlayan qadını saxladı
  20 İyun 2021    Oxunub:1017
Ermənistanın Abovyan şəhərində 29/20 seçki məntəqəsində insident yaşanıb.
Azvision.az erməni mediasına istinadən xəbər verir ki, 3 nömrəli bülleteni seçki məntəqəsindən çıxartmağa çalışan qadın komissiya üzvlərinin diqqətindən yayına bilməyib. Bu haqda polisə məlumat verilib, bülletenlər onun əlindən alınıb. Saxtakarlığa cəhd edən qadın Kotayk polis şöbəsinə aparılıb.

Qeyd edək ki, üç nömrəli bülleten Nikol Paşinyanın “Mənim addımım” Partiyasına aiddir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Seçki   Ermənistan  





Xəbər lenti