Növbədənkənar və əxlaqdankənar seçki - Sahib Alıyevin şərhi

Növbədənkənar və əxlaqdankənar seçki -    Sahib Alıyevin şərhi
  20 İyun 2021    Oxunub:1622
"Ermənistanda növbədənkənar və kampaniyanın gedişindən də göründüyü kimi, siyasi mədəniyyətin yoxluğu üzündən əxlaqdankənar seçki başlayıb. Seçki özü könülsüz keçirildiyi kimi, seçilənlərin də əksəriyyəti könülüsüz seçilirlər, yəni Ermənistan siyasi "elita"sında hazırda elə bir adam yoxdur ki, onun mənfi reytinqi müsbət reytinqini üstələməsin. Hakimiyyətə daha iddialılarda - Köçəryanla Paşinyanda isə bu üstələmə hətta bir neçə dəfə çoxdur".
Bu sözləri millət vəkili, siyasi şərhçi Sahib Alıyev Ermənistandakı seçkini qiymətləndirərkən deyib. Onun fikrincə, bu gün Paşinyanla Köçəryan arasında qarşıdurmanın sona çatdığı yox, əksinə, daha amansız, ola da bilər, qanlı mərhələsinə start verildiyi gündür.
Paşinyan və üç muşketyor: Seçkidən sonra mümkün ssenarilər – TƏHLİL

- Bu seçkini uduzmaq Paşinyan üçün ən yaxşı halda mühacirətə üz tutmaqla nəticələnəcək. Köçəryan və onun yan-yörəsinə yığışanlar üçünsə bu, daha böyük fəlakət deməkdir. Çünki Qarabağda qarşıdurma yoxdursa, Ermənstan Azərbaycanla qarşılıqlı faydaya dayanan əməkdaşlığa gedəcəksə, köçəryanlara, sərkisyanlara və "siyasi karyera"ları agentlikdən başlayan, etnik toqquşma yaratmaq üçün meydana buraxılan digər "yan"lara ehtiyac qalmır. Ehtiyac qalmadığı halda, onların nə qədər dəyərsiz, eyni zamanda, öz cəmiyyətləri üçün də zərərli və yad ünsür olduqları bütün çılpaqlığıyla üzə çıxasıdır. Bunu isə nə onlar özləri istəyir, nə də zaman-zaman o cür ünsürlərdən faydalanan güclər. Köçəryanın dəstəklənməsinin arxasında da məhz bu reallıq dayanırdı. Mənfi yüklü, yəni dəstəklənənə güvəndən deyil, qarşı tərəfə nifrətdən doğan səslərin müsbət yüklü səslərdən azı 10 dəfə çox olacağı bu seçkidə haylar pisin yaxşısını yox, pisin pisini seçməyə zorlanırdı. Baxaq, görək necə olacaq,- deyə Alıyev bildirib.



Teqlər:   Ermənistan   Seçki  





Xəbər lenti