Bakı və Abşeronda toz dumanı müşahidə olunur- ETSN

Bakı və Abşeronda toz dumanı müşahidə olunur-    ETSN
  20 İyun 2021    Oxunub:1009
Bu gün səhər saatlarından başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az - a verilən məlumata görə, peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1,9 dəfə çoxdur.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq, yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

Azvision.az




Teqlər: Hava   Bakı  





Xəbər lenti