Koçaryanın qərargah rəhbərlərinin evlərində axtarış aparılır

   Koçaryanın qərargah rəhbərlərinin evlərində axtarış aparılır
  20 İyun 2021    Oxunub:1719
Ermənistan polisi "Ermənistan" (Hayastan) blokunun mərkəzi qərargahında axtarış aparır.
Azvision.az xəbər verir ki, bu barədə şəhər meri Artur Sarkisyan News.am-a danışıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları Ermənistanın ikinci prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi blokun qərargah rəhbərlərinin evlərində də axtarış aparır.

Qeyd edək ki,bu gün Ermənistanda erkən parlament seçkiləri keçirilir. Seçkidə iştirak etmək üçün 25 siyasi qüvvə - 21 partiya və 4 blok qeydiyyatdan keçib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ermənistan   Polis   Axtarış  





Xəbər lenti