Ermənistanda parlament seçkiləri başlayıb
2583 milyon vətəndaşın seçkilərdə iştirak etmək hüququ var, onlardan 855 mindən çoxu paytaxtdadır. 363 nəfər elektron səs verə bilər - onlar diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləridir.
Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər proporsional sistemlə keçiriləcək.
Xatırladaq ki, əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, ikinci prezident Robert Koçaryan hesab olunur. Koçaryan seçkidə "Ermənistan" blokunun lideri kimi qatılıb.
İlkin Nəcəfzadə
Azvision.az
Teqlər: Ermənistan Parlament