Ombudsman Aparatının mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Ağstafa Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində pulsuz tibbi xidmətlərin göstərilməsində kardioloq, nevropatoloq, endokrinoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislər iştirak ediblər. Həkim və mütəxəssislər tərəfindən Vətən müharibəsində müxtəlif növ travmalar almış, doğmalarını itirmiş şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilib.
Qeyd edək ki, layihə çərçivəsində bundan əvvəlki tibbi yardım aksiyası Tərtərdə təşkil edilib.
Azvision.az