Rusiyada sutkalıq yoluxma 18 minə yaxınlaşıb

  19 İyun 2021    Oxunub :592
Rusiyada sutkalıq yoluxma 18 minə yaxınlaşıb
Rusiyada son sutka ərzində koronavirusa 17 906 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 299 215 nəfərə çatıb.

Rusiyada son bir gündə 466 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 128 911 nəfərdir. İndiyədək 4 861 343 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Koronavirus   Rusiya  






Xəbər lenti