Dünyada koronavirusla bağlı son vəziyyət

  19 İyun 2021    Oxunub :470
Dünyada koronavirusla bağlı son vəziyyət
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 178 milyon 603 min 212 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 866 min 947 nəfərdir. İndiyədək 163 milyon 123 min 858 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 34 393 269 nəfər virusa yoluxub, 616 920 xəstə dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 29 823 546 nəfərdə virus aşkar edilib. Xəstələrdən 385 167 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 17 802 176 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 498 621 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 752 872 yoluxma, 110 702 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 359 728 nəfər virusa yoluxub ki, onlardan 49 071-i dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Azvision.az

Teqlər: Koronavirus  






Xəbər lenti