Yaponiyada sabiq nazir həbs olundu

  18 İyun 2021    Oxunub :450
Yaponiyada sabiq nazir həbs olundu
Tokio məhkəməsi Yaponiyanın keçmiş ədliyyə naziri Katsuyuki Kavayini üç il müddətinə həbs cəzasına məhkum edib.
Azvision.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Sabiq nazir ötən il seçicilərə rüşvət vermək şübhəsiylə həbs olunub.

Məlumata görə, keçmiş ədliyyə naziri 1,3 milyon yen (təxminən 11,7 min dollar) cərimə olunub. Əvvəllər tamamilə günahsız olduğunu iddia edən Kavayi 23 mart tarixindən ona qarşı irəli sürülən ittihamlara etiraz etməyi dayandırıb. Buna baxmayaraq, keçmiş nazir rüşvət hadisəsinə görə həbs olunan həyat yoldaşı Anrinin onunla əlbir olmadığını bildirib.

Keçən yay Tokio prokurorluğu ər-arvadı seçki kampaniyası zamanı vəsaitləri mənimsəmək və seçicilərə rüşvət verməkdə günahlandırdı. Müstəntiqlər, onun ötən il iyul ayında keçirilən seçkilərdə parlamentin yuxarı palatasına namizəd olan həyat yoldaşı üçün kampaniyaya rəhbərlik etdiyi qənaətinə gəlib. Onlar seçicilərə rüşvət vermək üçün 29 milyon yen (təqribən 270 min dollar) kampaniya fondundan istifadə etməkdə şübhəli bilinirdilər. Ötən ilin oktyabr ayının sonunda, keçmiş baş nazir Şinzo Abenin yaxın adamı sayılan Kavayi mətbuatda qalmaqallı yazılardan sonra ədliyyə naziri vəzifəsindən istefa verdi. İstintaq zamanı onun üç köməkçisi də həbs olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Yaponiya   Sabiqnazir   Həbs  






Xəbər lenti