Dünyada qaçqınların sayı 82 milyonu ötdü

  18 İyun 2021    Oxunub :534
Dünyada qaçqınların sayı 82 milyonu ötdü
Silahlı münaqişələr, müharibə, zorakılıq və təqib qorxusu ilə əlaqədar son bir ildə dünyadakı qaçqınların sayı 4 faiz artıb.
Azvision.az xəbər verir ki, bu məlumat BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) hesabatında yer alıb. Hesabatda qeyd edilir ki, dünyada qaçqınların sayı 82,4 milyon nəfərə çatıb.

Bildirilib ki, ölkədaxili məcburi köçkünlərin sayı 48 milyon, 1 milyon uşaq isə qaçqın kimi dünyaya gəlib.

Azvision.az

Teqlər: Qaçqın  






Xəbər lenti