Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək

  17 İyun 2021    Oxunub :630
   Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2021” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.
Müdafiə Nazirliyindən Azvision.az -a bildirilib ki, iyunun 21-də başlayacaq təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı və 2 ədəd Su-25 hücum təyyarəsi iştirak edəcək.

Azvision.az

Teqlər: Təlim  






Xəbər lenti