Xarici işlər naziri Türkiyəyə gedib

  17 İyun 2021    Oxunub :478
 Xarici işlər naziri Türkiyəyə gedib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.
Bu barədə Azvision.az -a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Azvision.az

Teqlər: Ceyhun-Bayramov   Səfər   Türkiyə  






Xəbər lenti