Lvov-Bakı reyslərinə başlanılır

  17 İyun 2021    Oxunub :399
Lvov-Bakı reyslərinə başlanılır
Ukraynanın “SkyUp Airlines” aşağı büdcəli hava şirkəti 5 iyul 2021-ci il tarixindən Lvov-Bakı marşrutu üzrə müntəzəm reysləri həyata keçirməyi başlayacaq.
Azvision.az bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir. Məlumata görə, reyslər hər bazar günü Lvovdan yola düşəcək, hər bazar ertəsi isə geri istiqamətdə uçacaq.

Azərbaycana giriş yalnız yaşayış üçün icazə olduğu halda, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ qərargahının qərarına əsasən mümkündür.

PCR üsülü ilə edilmiş COVID-19 mənfi nəticəli test cavabını da özünüzlə götürməyi unutmayın (test sərhədi keçməyə 72 saat qalmış edilməlidir).

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Lvov-Bakı   Uçuş  






Xəbər lenti