“Müharibədə 1064 erməni hərbçi itkin düşüb” - Sarkisyan sənəd yaydı

  17 İyun 2021    Oxunub :2792
 “Müharibədə 1064 erməni hərbçi itkin düşüb” -  Sarkisyan sənəd yaydı
Ermənistanın eks-prezidenti Serj Sarkisyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı ifşa edib.
Azvision.az -ın məlumatına görə, Sarkisyan xüsusi bir sənəd yayaraq deyib ki, əslində İkinci Qarabağ müharibəsi zamanı itkin düşən erməni hərbçilərin sayı açıqlanandan dəfələrlə çoxdur:

"İtkin düşənlərin sayı 1064 nəfərdir. Bu axmaq, bu fırıldaqçı, parlamentdə çıxış edərək 321 nəfərin itkin olduğunu açıqlayır. Bəs indi nə deyəcəksən?".

Sənəddə itkin düşən erməni hərbçilərlə bağlı məlumatlar yer alıb. Sənəd 6 apreldə Ermənistan baş nazirinin müavini Mher Qriqoryana, əmək və sosial məsələlər naziri Mesrop Arakelyana Hərbi Sığorta Fondu tərəfindən göndərilib.

Qeyd olunub ki, itkin düşən erməni hərbçilərin ailələrinə 500 milyon dram (970 min ABŞ dolları) məbləğində təzminat verilib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Sarkisyan   İtkin  






Xəbər lenti