Azərbaycanlılar BBC-nin qarşısında mitinq keçirdilər

  16 İyun 2021    Oxunub :581
   Azərbaycanlılar BBC-nin qarşısında mitinq keçirdilər
Böyük Britaniyada yaşayan azərbaycanlılar Londonda yerləşən BBC (The British Broadcoasting Cooperation) telekanalının qarşısında mitinq keçiriblər.
Azvision.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Natavan Qrup"u və Britaniya Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil olunub.

Aksiyanın məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqəti cəlb etmək olub.

Azərbaycanın dövlət bayraqları ilə aksiyaya qatılan soydaşlarımız jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterləri nümayiş etdiriblər. Posterlərdə “Mina xəritələrini verin”, “Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri”, “Ermənistan qanunlara əməl etmir”, “Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir”, “Bizi minalardan xilas edin” şüarları əks olunub.

Aksiya iştirakçıları beynəlxalq təşkilatlara bəyanat ünvanlayaraq, dünya ictimaiyyətini, beynəlxalq medianı Ermənistanın təxribatçı hərəkətlərinə və azərbaycanlı jurnalistlərin xidməti vəzifələrini yerinə yetirərkən həlak olmalarına biganə qalmamağa, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməyə çağırıb. Soydaşlarımız bəyanatı BBC-nin rəhbərliyinə də təqdim ediblər.

Aksiya zamanı yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə geniş məlumat verilib.

Azvision.az

Teqlər: London   BBC   Mitinq  






Xəbər lenti