Azərbaycanlıların Türkiyədə yaşamaq hüququ əldə etməsi asanlaşır

  16 İyun 2021    Oxunub :3206
 Azərbaycanlıların Türkiyədə yaşamaq hüququ əldə etməsi asanlaşır
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə Azərbaycan və Türkiyə bir tərəfin vətəndaşlarının digər tərəfin ərazisinə şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında əldə edilən razılaşmadan məmnunluq ifadə edir.
Azvision.az -ın məlumatına görə, sənəddə vurğulanıb ki, həmin razılaşmanın xalqlarımız arasında yaxınlıq və insanlar arasında əlaqələr baxımından müstəsna əhəmiyyətini qeyd edərək, Azərbaycan və Türkiyə bir tərəfin vətəndaşlarının digər tərəfin ərazisində yaşamaq hüququ əldə etmələrini qarşılılıq prinsipinə uyğun olaraq asanlaşdırmaq üçün müvafiq tədbirlər görülməsini təqdir edirlər.

Azvision.az

Teqlər: Türkiyə   Azərbaycan  






Xəbər lenti