Türkiyədə daha 74 nəfər koronavirusdan öldü

Türkiyədə daha 74 nəfər koronavirusdan öldü
  14 İyun 2021    Oxunub:1056
Türkiyədə son sutka ərzində 74 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 5626 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 336 min 73, pandemiya qurbanlarının sayı isə 48 min 795 nəfərə çatıb.

Türkiyədə indiyədək 5 milyon 206 min 836 pasiyent (son sutkada 4585 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti