Rusiya səfiri Ermənistandan narazılıq etdi

 Rusiya səfiri Ermənistandan narazılıq etdi
  14 İyun 2021    Oxunub:1446
Ermənistanda müəyyən qüvvələr və fiqurlar anti-Rusiya, hətta açıq şəkildə rusofob mövqeyindən çıxış edirlər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

"Fikir plüralizminin olduğunu başa düşürük, nəticə çıxarmağa hazırıq. Hər şeydə Rusiyanı günahlandırmaq cəhdləri edilir – o ölkəni ki, bu çətin dövrlərdə Ermənistanın və xalqının yanında olmuş və olmaqda davam edir.

Çox təəssüf ... Ancaq diqqətinizi bir məqama yönəltmək istərdim. Ritorikadan asılı olmayaraq, məqsəd eynidir - çat yaratmaq və Rusiya-Ermənistan münasibətlərinə zərbə vurmaq. Bunun əsas vəzifə olduğu düşüncəsi yaranır. Bu cür mövqenin Ermənistanın həqiqi mənafeyindən qaynaqlanmasına əmin deyiləm", - Rusiya səfiri bildirib.

Onun sözlərinə görə, belə düşüncələr daha çox xarici maraqlara xidmət edir.

"Bilirik ki, vəziyyət indi sadə deyil. Beynəlxalq aləmdə qarşıdurma səviyyəsi son dərəcə yüksəkdir. Postsovet məkanının müxtəlif yerlərində gərginlik yaranır. Bundan geosiyasi də daxil olmaqla bəzi kənar maraqları reallaşdırmaq üçün istifadə cəhdləri var. Bunu hamımız görürük, başa düşürük".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Ermənistan   Səfir  





Xəbər lenti