Rusiyada daha 13 721 nəfər koronavirusa yoluxdu

  14 İyun 2021    Oxunub :454
Rusiyada daha 13 721 nəfər koronavirusa yoluxdu
Rusiyada son sutka ərzində koronavirusa 13 721 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 222 408 nəfərə çatıb.

Rusiyada son bir gündə 371 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 126 801 nəfərdir. İndiyədək 4 809 647 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Koronavirus   Rusiya  






Xəbər lenti