Ermənistanda demoqrafik böhran: 1,7 milyon nəfər ölkəni tərk edib
Azvision.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İctimai Şuranın Miqrasiya məsələləri üzrə Komissiyasının sədri, ekspert Qaqik Yeqanyan bildirib.
“Kütləvi mühacirət 1992-1994-cü illərdə qeydə alınıb. Son 3 il ərzində təxminən 600 000 vətəndaş və ya o dövrdə əhalinin 16% -i Ermənistanı geri dönməmək şərti ilə tərk edib. 1995-2001-ci illər ərzində Ermənistandan təqribən 250 000 nəfər, ildə orta hesabla 40-45 min insan mühacirət edib”.
Onun sözlərinə görə, 2002-2007-ci illərdə ölkəni tərk edənlərin sayı ildə 25-27 min nəfər təşkil etsə də, 2016-18-ci illərdə bu rəqəm 35-40 min nəfər olub:
“Maraqlıdır ki, 1 yanvar 1991-ci il tarixinə qədər Ermənistanda əhalinin sayı 3 574 500 nəfər idi. Buradan 30 ildə mühacirət edən 1,6-1,7 milyonu çıxsaq, Ermənistanın əhalisi 1,8-1,9 milyon nəfər olmalı idi. Bu arada, rəsmi statistikaya görə, 1 yanvar 2020-ci il tarixinə (bu son rəsmi məlumatdır), Ermənistan əhalisi 2 961 900 nəfərdir. Əgər 1980-ci illərdə Ermənistanda hər il 90 min uşaq dünyaya gəlirdisə, son illərdə 10-12 min uşaq dünyaya gəlir”.
Azvision.az
Teqlər: Ermənistan Miqrasiya