Ermənistanda koronavirusdan ölüm sayı 4488-ə çatdı

Ermənistanda koronavirusdan ölüm sayı 4488-ə çatdı
  14 İyun 2021    Oxunub:1354
Ermənistanda son sutka ərzində daha 41 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 223 723 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4488-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1094 nəfərdir.

Aktiv xəstələrin sayı 2913 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti