Şuşa Ərdoğanın səfərinə hazırlaşır - FOTO

  Şuşa Ərdoğanın səfərinə hazırlaşır -    FOTO
  14 İyun 2021    Oxunub:2578
“Şuşanı görməyən İkinci Qarabağ müharibəsinin nə qədər çətin, 44 günlük zəfərin isə nə qədər böyük qəhrəmanlıq olduğunu anlaya bilməz”
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şuşadan etdiyi paylaşımda bildirib.

Diplomat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinə hazırlıq məqsədilə Şuşaya səfər etdiyini vurğulayıb.



Qeyd edək ki, Ərdoğan 15-16 iyunda Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində işğaldan azad edilmiş Şuşa şəhərində ikitərəfli görüşlər baş tutacaq. Bu görüşlərdə Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunacaq.

Oxşar xəbər:

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Azvision.az


Teqlər: Şuşa   Ərdoğan  





Xəbər lenti