İsrailin yeni baş naziri məlum oldu

 İsrailin yeni baş naziri məlum oldu
  13 İyun 2021    Oxunub:1738
"Yamina" partiyasının lideri Naftali Bennet İsrailin yeni baş naziri seçilib. Bu gün Knessetdə (ölkə parlamenti) onun andiçmə mərasimi keçirilib.
Azvision.az TASS-a istinadla xəbər verir ki, daha öncə Knesset Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib, bundan əlavə, "Yesh Atid" partiyasından Miki Levini yeni spiker seçib.

Qeyd edək ki, səkkiz partiyanın iştirakı ilə koalisiya əsasında qurulan 36-cı İsrail hökumətində Müdafiə Nazirliyinə "Kahol-Lavan"ın sədri Beni Qantz, Xarici İşlər Nazirliyinə ilk iki ildə Lapid, Daxili İşlər Nazirliyinə "Yamina" partiyasından Ayelet Şaked rəhbərlik edəcək.

Kabinetdə üç rusdilli nazir yer alıb. Belə ki, "Evimiz İsrail" partiyasının başçısı Aviqdor Liberman Maliyyə, "Yesh Atid"dən Konstantin Razvozov Turizm və "Yeni Ümid"dən Zeev Elkin Qüds İşləri Nazirliklərinə rəhbərlik edəcəklər.

Bununla da İsraildə 12 illik Benyamin Netanyahu dönəmi sona çatıb.

Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti