Türkiyədə yoluxma sayı yenə azaldı

Türkiyədə yoluxma sayı yenə azaldı
  13 İyun 2021    Oxunub:787
Türkiyədə son sutka ərzində 53 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 5012 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 330 min 447, pandemiya qurbanlarının sayı isə 48 min 721 nəfərə çatıb.

Türkiyədə indiyədək 5 milyon 202 min 251 pasiyent (son sutkada 4194 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti