Vaksinasiyadan keçənlərin sayı açıqlandı

 Vaksinasiyadan keçənlərin sayı açıqlandı
  13 İyun 2021    Oxunub:1326
İyunun 13-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 32 min 452 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a bildirilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 27 min 351, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5 min 101 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 2 milyon 775 min 319-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 810 min 857, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 964 min 462 nəfərdir.



Azvision.az


Teqlər: Vaksin   Peyvənd  





Xəbər lenti