Bu ölkədə peyvənd olunmayanlara maaş verilməyəcək

Bu ölkədə peyvənd olunmayanlara maaş verilməyəcək
  13 İyun 2021    Oxunub:947
Pakistanda koronavirus əleyhinə peyvənd olunmayan vətəndaşlar cəzalandırılacaq.
Azvision.az xəbər verir ki, Pakistanın Pəncab vilayətində peyvənd vurduranların sayını artırmaq üçün yeni qaydalar tətbiq edilir. Belə ki, vaksinasiyadan imtina edən şəxslərin mobil telefonları bloklanır.

"Əvvəlcə bu yalnız bir tövsiyə idi, ancaq insanlar peyvənd olunmaqda çox tərəddüd etdilər və bu səbəbdən qərar tətbiq olundu",- deyə Pəncab Səhiyyə Departamentinin mətbuat katibi Hammad Raza bildirib.

Bundan əlavə, Sind əyalətində növbəti aydan etibarən peyvənd olunmayan məmurlara maaş verilməyəcək. Hesab olunur ki, bu addım ölkə üzrə vaksinasiyanı sürətləndirəcək.

Azvision.az


Teqlər: Pakistan  





Xəbər lenti