“Paşinyan yalan danışır” - Sarkisyandan cavab

 “Paşinyan yalan danışır” -  Sarkisyandan cavab
  13 İyun 2021    Oxunub:1042
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Arabkir bölgəsində vətəndaşlarla görüş zamanı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar apardığı dövrdə anklavlar məsələsinə toxunulmayıb.
Azvision.az bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Sarkisyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bununla bağlı açıqlamasının yalan olduğunu, belə məsələnin gündəmə gətirilmədiyini iddia edib.

"Paşinyan boş-boş danışır. Qoy sənəd göstərsin. Ən azı bir dəfə göstərməlidir, əks halda sadəcə danışır. Anklavlar nə vaxt və hansı şəraitdə müzakirə edildi?

Bu gün anklavlar haqqında danışıqlar aparmaq olmazmı? Bu adam hər şeyi məhv etdi. O, təslimçidir, onun vicdanı 5 min uşağın ölümünə cavabdehdir. Bütün bunlara görə cavab versin".

Qeyd edək ki, bu yaxınlarda Nikol Paşinyan Ermənistan ərazisindəki Azərbaycan anklavları məsələsinin 1999-cu ildən danışıqların gündəliyində olduğunu bildirib.

Azvision.az



Teqlər: Sarkisyan  





Xəbər lenti