Rusiyada bir gündə 357 nəfər virusun qurbanı oldu

Rusiyada bir gündə 357 nəfər virusun qurbanı oldu
  13 İyun 2021    Oxunub:742
Rusiyada son sutka ərzində koronavirusa 14 723 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 208 687 nəfərə çatıb.

Rusiyada son bir gündə 357 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 126 430 nəfərdir. İndiyədək 4 801 335 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti