Paşinyan Respublika meydanını 4 günlük “bron” edib

 Paşinyan Respublika meydanını 4 günlük “bron” edib
  12 İyun 2021    Oxunub:1141
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın komandası erkən parlament seçkilərindən sonra dörd gün Respublika meydanında tədbirlər keçirəcəyi ilə bağlı paytaxt meriyasına bildiriş göndərib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvan meriyasının saytında dörd bildiriş dərc olunub.

"Vətəndaş razılaşması” partiyasının nümayəndələri Armen Xocayan və Vaaqn Ovakimyan 21 iyundan 24 iyunadək saat 10: 00-dan axşam 22:00-dək Respublika meydanında tədbirlər keçirəcəklərini söyləyiblər.

Xatırladaq ki, Qeqarkunikdəki təşviqat zamanı Paşinyan 21 iyun tarixində vətəndaşları İrəvanın Respublika meydanına dəvət edib.

"Bəli, Ermənistanda xalqı əzən bir elita olmamalıdır. Seçki nəticələrimizlə biz kimin zibil olduğunu göstərəcəyik. Vətəndaşın qələbəsini və "polad inqilabının" başlanğıcını tanımaq üçün hamınızı 21 iyunda Respublika meydanına dəvət edirəm", - Paşinyan bildirib.

Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-nə təyin edilib. Seçki yarışında 25 siyasi qüvvə iştirak edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti