Əcnəbi zəvvarlar Həcc ziyarətinə gedə bilməyəcək

Əcnəbi zəvvarlar Həcc ziyarətinə gedə bilməyəcək
  12 İyun 2021    Oxunub:1326
Səudiyyə Ərəbistanı koronavirus pandemiyası ilə əlaqədar bu il Həcc ziyarətini 60 min zəvvarla məhdudlaşdırmaq barədə qərar verib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Həcc və Ümrə İşləri Nazirliyi açıqlama yayıb.

Qərara əsasən, Kəbəni yalnız ölkənin peyvənd olunmuş vətəndaşları ziyarət edə biləcək. Zəvvarlar 18-65 yaş arasında olmalı və hər hansı xroniki xəstəliklərdən əziyyət çəkməməlidirlər.

Məlumatda qeyd olunub ki, Səudiyyə Ərəbistanı hər zaman zəvvarların təhlükəsizliyinə, sağlamlığına böyük əhəmiyyət verir və bunu vacib prioritet hesab edir. Bu qaydalar da eyni məqsədlə qəbul edilib.

Xatırladaq ki, 2020-ci ildə Səudiyyə Ərəbistanı əcnəbi zəvvarların Həcc ziyarətinə getməsinə icazə verməmişdi. Əvvəlki illərdə isə hər il dünyanın müxtəlif ölkələrindən 2 milyonadən çox zəvvar ziyarətə gedib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SəudiyyəƏrəbistanı   Həcc  





Xəbər lenti