“Kommunikasiyaların açılması Rusiya üçün də vacibdir” - Səfir

 “Kommunikasiyaların açılması Rusiya üçün də vacibdir” -  Səfir
  12 İyun 2021    Oxunub:1571
Regional kommunikasiyaların açılması tezisi bu gün ortaya çıxmayıb, qeyd edilən məsələ ATƏT-in Minsk qrupu çərçivəsində irəli sürülən parametrlərdən biri olub.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkın bildirib.

Onun sözlərinə görə, burda söhbət təhlükəsizlik məsələsini unutmamaqla, kommunikasiyaların əhəmiyyətli bir hissəsinin bloklanması səbəbindən çətin vəziyyətdə olan Ermənistanın normal həyatından gedir.

“Düşünürəm ki, bu, açıq şəkildə bütün ölkələrin maraqlarına cavab verir. Qeyd edilən mövzuda həm İrəvanda, həm də Bakıda rəsmi olaraq danışılır. Bu, Rusiya-Ermənistan münasibətləri baxımından da vacibdir, çünki əsas nəqliyyat arteriyası Yuxarı Larsdan keçir və bu da hava şəraitinə güclü şəkildə bağlıdır. Bunun kifayət etmədyi açıq şəkildə ortadadır. Kommunikasiyaların blokdan çıxarılması bölgədəki bütün ölkələrin maraqlarına cavab verir.

Bölgənin gələcək inkişafı üçün təməllərin yaradılması baxımından sırf iqtisadi ilə yanaşı, ölkələr arasında müsbət qarşılıqlı asılılıq yaratmaq məsələsini də qeyd edərdim: kommunikasiyalar hər iki ölkənin ərazisindən keçəndə onların biri digərindən asılı olur. Bu isə sabitlik və qarşılıqlı anlaşma üçün vacib bir amildir", - səfir deyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: SergeyKopırkın  





Xəbər lenti